"Avatar"ın gələcəyi təhlükə altındadır

"Avatar"ın gələcəyi təhlükə altındadır
8 noyabr 2022
# 16:20

Hər kəsin "Avatar 2" filmini həyəcanlı gözlədiyi bir vaxtda prodüser və rejissor Ceyms Kemerondan filmin gələcəyi ilə bağlı önəmli açıqlamalar gəldi.

Kulis.az xəbər verir ki, üç "Oskar" sahibi olan kanadalı rejissor Avatarın gələcəyinin ikinci filmdən asılı olduğunu bildirdi. Kemeron daha əvvəl dörd davam filmi planlaşdırdığını desə də, Studiya isə “Avatar 4” və “Avatar 5”in çəkilişlərinə başlamağı ilk iki serialın kassa performansını gördükdən sonra qərar verəcəyini açıqladı. Rejissor C.Kemeronsa böyük maraq və həyəcanla gözlənilən “Avatar 2” nin kassada o qədər də uğurlu ola bilməyəcəyi düşündüyünü bəyan etdi. Rejissorun bu açıqlaması “Avatar 4” və “Avatar 5”i çəkilişlərini şübhə altına aldı.

Qeyd edək ki, Kemeron iyul ayında “Empire Magazine”ə verdiyi müsahibədə dördüncü və beşinci filmləri başqa rejissora verə biləcəyini də demişdi.

# 1078 dəfə oxunub

Müəllifin son yazıları

# # #