Məşhur serial aktyoru vəfat etdi

Uilyam Lekinq

Uilyam Lekinq

5 noyabr 2021
# 09:27

Amerikalı aktyor “Anarxiyanın oğulları” serialının ulduzu Uilyam Lekinq 80 yaşında vəfat edib.

Kulis.az rus mediasına istinadən xəbər verir ki, bu barədə onun həyat yoldaşı İnsula Leking məlumat verib. O, aktyorun Las-Veqasdakı evində dünyasını dəyişdiyini bildirib. Aktyorun ölüm səbəbi açıqlanmayıb.

Uilyam Lekinq karyerasına 1968-ci ildə “Lansier” serialında başlayıb. O, “Anarxiyanın oğulları” serialındakı Pini Uinston rolu ilə məşhurlaşıb.

# 2830 dəfə oxunub

Müəllifin son yazıları

# # #