Məşhur sənətçinin tamaşaları və konsertləri ləğv edildi - Cinsi təcavüz ittihamlarına görə

Məşhur sənətçinin tamaşaları və konsertləri  ləğv edildi - Cinsi təcavüz ittihamlarına görə
8 iyun 2026
# 18:00

Məşhur fransız sənətçi Patrik Bruel cinsi təcavüz ittihamları ilə nəzarətə alınıb.

"Euronews" xəbər verir ki, 67 yaşlı aktyor və müğənni, 1997-2012-ci illər arasında fərqli qadınlara qarşı törətdiyi iddia edilən müxtəlif cinsi zorakılıq və təcavüzə cəhd hadisələri ilə bağlı Nanterre Prokurorluğu tərəfindən dindirilir.

İttihamları qətiyyətlə rədd edən Bruelin 48 saata qədər nəzarətdə qala biləcəyi və daha sonra hakim qarşısına çıxarılma ehtimalının olduğu bildirilir.

Qeyd edək ki, baş verən hadisələrdən sonra sənətçinin Parisdəki tamaşaları, Monrealdakı konsertləri və iyun ayında keçirilməsi planlaşdırılan yeni qastrol turnesi ləğv edilib.

# 86 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər