Kübra Əliyeva: "Oğlumu narkotikə o öyrəşdirdi" - Video

Kübra Əliyeva:  "Oğlumu narkotikə o öyrəşdirdi" - Video
4 oktyabr 2023
# 11:50

Əməkdar artist Kübra Əliyeva dünyasını dəyişən oğlu haqqında danışıb.

Kulis.az xəbər verir ki, "Bizimləsən" proqramında qonaq olan aktrisa övladının narkotikə qurşandığını və onu bu yola dostlarının çəkdiyini bildirib:

"46 yaşında oğlumu itirdim. O, Danimarkada təhsil alıb, ingilis, ərəb, danimarka dilini öyrənmişdi. Beş il orada oxuyub gəldi Bakıya. Bilmirəm niyə, bəlkə mənim də günahım var idi. Ətrafı, ən yaxın dostu onu narkotikə dəfələrlə qonaq etdi... Nə oldu? Qaraciyəri məhv oldu və dünyadan köçdü.

Gənc yaşda yox, gec qurşanmışdı narkotikə. Ağlı olan insan onu əlinə alanda birinci ailəsini düşünməlidir. Gənclər, kimsə sizə narkotik verəndə düşünün. Düşünün ki, bunun arxasında nələr durur: evlər, pullar. Həyat bitir, ailə biabır olur".

# 2656 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #