Məşhur sənətçi Fibi Bricers turne çərçivəsində konsertlərində smartfonlardan istifadəni tamamilə qadağan edir.
"Euronews" xəbər verir ki, Nyu-Yorkdakı sürpriz konsertində tamaşaçıların telefonlarını xüsusi kilidli "Yondr" sellofanlarına yerləşdirən ifaçı, bu addımı ilə Bob Dilan və Cek Uayt kimi telefonsuz konsert axınına qoşulub.
Biletləri simvolik olaraq 1 dollardan satılan bu layihə çərçivəsində sənətçi, noyabr və dekabr aylarında "The Lost Tour" proqramı ilə Şimali Avropada 14 konsert verməyə hazırlaşır.
Qeyd edək ki, konsertlərin gəlirləri miqrantlara dəstək fonduna köçürüləcək.