Gəncədə Elza İbrahimovanın əsərlərindən ibarət konsert proqramı

Gəncədə  Elza İbrahimovanın əsərlərindən ibarət konsert proqramı
9 aprel 2024
# 09:00

Fikrət Əmirov adına Gəncə Dövlət Filarmoniyasında görkəmli bəstəkar, bənzərsiz mahnıları ilə qəlbləri fəth edən Xalq artisti Elza İbrahimovanın əsərlərindən ibarət konsert proqramı təşkil edilib.

Kulis.az xəbər verir ki, konsertdə Gəncə Dövlət Filarmoniyasının Estrada ansamblının müşayiəti ilə Əməkdar mədəniyyət işçisi Mehparə Cəfərova, Əməkdar artist Kəmalə Tağızadə, solistlər Samir Məmmədov, Rövşən Məmmədov, Rüstəm Cəfərov, Əli Məmmədov, Ruslan Nağdəliyev, Yaqub Yaqubzadə, Xəyal Əliyev, Vasif Bayramovun ifasında bəstəkarın “Bakının işıqları”, “Sən yadıma düşəndə”, “Mən sənin yanına qışda gələrdim”, “Bu bağçadan keçmişəm”, “Gedək üzü küləyə”, “Gəl barışaq”, “Mehribanım”, “Daha məndə dözüm yox”, “Təki sən səslə məni”, “Ötən günlərimi qaytaraydılar”, “Gecələr bulaq başı”, “Sənin gözlərin”, “ Sən mənim səsimi eşidəcəksən” mahnıları səsləndirilib.

Konsert proqramı fərqli və özünəməxsus səhnə tərtibatı ilə yadda qalıb.

# 500 dəfə oxunub

Müəllifin son yazıları

# # #