Məşhur satirik vəfat etdi

Viktor Kokluşkin, satirik yazıçı, dramaturq

Viktor Kokluşkin, satirik yazıçı, dramaturq

12 noyabr 2021
# 17:54

Məşhur satirik yazıçı vəfat edib.

Kulis.azın rus mətbuatına istinadən verdiyi xəbərə görə, satirik yazıçı, dramaturq Viktor Kokluşkin 75 yaşında kəskin ürək çatışmazlığından dünyasını dəyişib.

Viktor Kokluşkin 1945-ci ildə Moskvada anadan olub. Moskva Nəşriyyat və Poliqrafiya Kollecini bitirib. Bir neçə il tarix və mədəniyyət abidələrinin mühafizəsi və bərpası üzrə baş mühəndis vəzifəsində çalışıb. Ədəbi yaradıcılığa 1969-cu ildə başlamış, “12 stul klubu”nda “Literaturnaya qazeta”da, bir çox qəzet və jurnallarda yumoristik hekayələri dərc edilib. 1980-ci ildən səhnə üçün yazmağa başlayıb. 1985-ci ilin sonunda televiziya ilə əməkdaşlığa start verib - Birinci Kanalda yayımlanan iki saatlıq "Qış idi" əyləncə proqramının ssenarisini yazıb.

# 1217 dəfə oxunub

Müəllifin son yazıları

# # #