Çağdaş İran şairləri Azərbaycan dilində

Çağdaş İran şairləri Azərbaycan dilində
27 sentyabr 2017
# 10:45

İranın müasir şairlərinin əsərləri Azərbaycan dilinə tərcümə olunaraq kitab şəklində çap edilib, fars ədəbiyyatı və poeziyası ilə maraqlananların istifadəsinə verilib.

“Dostun evi hardadır?” adlı kitaba İranın Nima Yusiç, Söhrab Sepehri, Qeysər Əminpur kimi şairlərinin şeirləri toplanıb.

İranın Bakıdakı səfirliyinin nəzdində fəaliyyət göstərən mədəniyyət mərkəzinin rəhbəri Əsgər Farsi bildirib ki, şeirlərin tərcümə edilməsində məqsəd Azərbaycan ictimaiyyətini fars şeiri ilə tanış etməkdən ibarətdir. Kitab Azərbaycan Yazıçılar Birliyinin köməyi ilə çap olunub.

AzərTac

# 1283 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #