"Krec" qrupunun qurucusu Artem Brovkov faciəvi şəkildə vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə onun həyat yoldaşı sosial media hesabında məlumat yayıb.
Sənətçi ABŞ-də avtomobil qəzasına düşdükdən sonra dünyasını dəyişib.
Qeyd edək ki, o, qrupu 2001-ci ildə Sankt-Peterburqda təsis edib. Krecin ən məşhur mahnılarından biri "Tenderness"dir.