Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı

Məşhur elektron musiqi qrupunun yeni albomu yayımlandı
5 noyabr 2026
# 17:52

Böyük Britaniyanın məşhur elektron musiqi qrupu "Chase & Status" işıq üzü görən yeni albomları "Generic Everything" münasibətilə "Reuters" agentliyinə geniş müsahibə verib.

Kulis.az xəbər verir ki, iki onillikdən artıq müddətdə "drum and bass" səhnəsini idarə edən və "Spotify"da 2 milyarddan çox dinləmə toplayan qrup yeni albomlarında texnologiyanın mədəniyyəti ələ keçirməsi təhlükəsinə diqqət çəkir.

Musiqiçilər bildirirlər ki, albomun adı studiyada özlərinə ünvanladıqları "hazır və bənzər qəliblərə qapılmamaq" xəbərdarlığından yaranıb.

Süni intellektin musiqi sənayesini əvəz edəcəyi qorxusuna münasibət bildirən Sol Milton, texnologiyanın orijinal ideyaları təkrar emal etməkdən o tərəfə keçə bilmədiyini vurğulayıb: "Süni intellektdən qorxan musiqiçilər sadəcə daha çox çalışmalı və sənətlərinə daha çox ruh qatmalıdırlar".

Qrup üzvləri xüsusən "Disgruntled" və "Tension" kimi treklərdə pank və canlı gitara səslərinə üstünlük verərək rəqəmsal standartlardan uzaqlaşdıqlarını və Britaniya musiqi mədəniyyətinin yenilikçi ruhunu qorumağa çalışdıqlarını qeyd ediblər.

# 190 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər