Məşhur reper Cey-Z-nin həyatı ekranlaşdırılır: "HBO Max"dan səs-küylü layihə

Məşhur reper Cey-Z-nin həyatı ekranlaşdırılır: "HBO Max"dan səs-küylü layihə
2 iyul 2026
# 10:10

"HBO Max" dünyaşöhrətli amerikalı reper Cey-Z-nin həyat və yaradıcılıq yoluna işıq salan "JAŸ-Z in 8" adlı yeni sənədli serialını tamaşaçılara təqdim etməyə hazırlaşır.

Kulis.az xəbər verir ki, musiqisevərlərin səbirsizliklə gözlədiyi bu ekran işinin premyerası cari ilin payız aylarında baş tutacaq.

Sənətçinin debüt albomunun 30 illik yubileyi şərəfinə ərsəyə gətirilən bu xüsusi layihə ümumilikdə 8 seriyadan ibarət olacaq.

Serialın əsas qayəsini Cey-Z ilə əfsanəvi musiqi prodüseri Rik Rubin arasındakı səmimi və dərin söhbətlər təşkil edir. Ekran işində tamaşaçılar dünyaca məşhur hitlərin necə yaranmasına, yaradıcılıq prosesinin pərdəarxası sirlərinə və sənətçinin keçdiyi mürəkkəb həyat yoluna yaxından şahidlik edəcəklər. Layihənin həm rejissorluğunu, həm də icraçı prodüserliyini elə Rik Rubin özü öhdəsinə götürüb. Diqqətçəkən məqamlardan biri də odur ki, serialın digər icraçı prodüserləri sırasında Cey-Z ilə yanaşı, tanınmış aktyor Daniel Kaluyanın da adı yer alır.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər