"İsa Məsihin iztirabları" filminin davamı iki hissəli olacaq

"İsa Məsihin iztirabları" filminin davamı iki hissəli olacaq
7 avqust 2025
# 10:37

Mel Gibsonun rejissoru olduğu “İsa Məsihin iztirabları” filminin davamı — “Dirilmə” iki hissə şəklində təqdim olunacaq.

Kulis.az xəbər verir ki, birinci hissənin premyerası 2027-ci il martın 26-da, ikinci hissənin nümayişi isə mayın 6-da planlaşdırılıb.

Filmdə hadisələr İsa Məsihin dirilməsi və sonrakı dövrlərə həsr olunacaq.

Qeyd edək ki, baş rolda yenidən Ceyms Kavizel çıxış edəcək, ssenarini Gibson “Cəsur ürək”in müəllifi Rendel Uolleslə birgə yazır.

# 198 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər