Məşhur reper "Adidas"a 2 milyard dollar ziyan vurdu

Məşhur reper "Adidas"a 2 milyard dollar ziyan vurdu
5 fevral 2024
# 12:40

"Adidas" məşhur reper Kanye Uestlə ortaq layihədə işləməkdən imtina edib.

Kulis.az xəbər verir ki, "Adidas" ayaqqabıları satışa çıxarsa da, Vestin yəhudilərin əleyhinə olan açıqlamalarına görə heç kim ayaqqabıları almaq istəməyib.

Firmanın menecerlərindən olan Bjorn Qulden ayaqqabıların məhv edilməsinin doğru addım olmayacağını bildirərək, "Məhsulları məhv etmək çıxış yolu deyil. Biz əlimizdə olan məhsulları istehsal qiymətinə satmağa çalışacağıq" deyib.

Qeyd edək ki, firma bu layihədən 2 milyard dollar gəlir əldə etməyi planlaşdırırdı.

# 520 dəfə oxunub

Müəllifin son yazıları

# # #