MKM-in qısa siyahısının açıqlanması təxirə salınıb

MKM-in qısa siyahısının açıqlanması təxirə salınıb
15 mart 2013
# 10:18

Martın 13-ü saat 15.00-də Milli Kitab Mükafatının açıq Apellyasiya Şurası keçirilib. Toplantıya MKM-in uzun siyahısına etiraz edən müəlliflər-Tahir Paşa, Nəcəf Talıbov, Vügar Cəfəroğlu, Fərid Hüseynli, Qaşqay Oruclu-qatılıblar.

Müzakirə zamanı yazıçılar öz iradlarını bildiriblər və ekspertlərin rəyləri ilə tanış olublar.

Müzakirədən sonra Ekspertlər Şurası bu məsələni yenidən gözdən keçirməklə nəticə etibarıyla martın 1-də elan olunmuş siyahıya hər hansı bir dəyişiklik etməmək qərarına gəliblər.

Martın 15-də elan olunması nəzərdə tutulan qısa siyahının elanı müəyyən müddətə təxirə salınıb. Bununla bağlı əlavə məlumat veriləcək.

# 2224 dəfə oxunub

Müəllifin son yazıları

# # #