Məşhur rejissor vəfat etdi

Məşhur rejissor vəfat etdi
28 noyabr 2022
# 13:00

Amerikalı kinorejissor Albert Pyun 69 yaşında Las-Veqasda vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə rejissorun həyat yoldaşı və prodüseri Cynthia Curnan “Facebook”da məlumat verib.

Karyerası boyunca Pyun həm “Jan-Klod Van Damm”, “Kristofer Lamber” kimi 80-ci və 90-cı illərin döyüş filmi ulduzları ilə əməkdaşlıq etməsi, həm də sürətli istehsal dönüşləri ilə tanınıb. O, təkcə 90-cı illərdə 22 filmə rejissorluq edib.

Lakin 2000-ci və ondan sonrakı illərdə Pyun filmlərinin istehsalı olduqca azalıb. 2000-ci ildə cəmi beş, 2010-cu ildə isə dörd filmi çəkilib.

2013-cü ildə rejissora dağınıq skleroz diaqnozu qoyulub. Həyat yoldaşı C.Curnanın sözlərinə görə, Pyunun ölümünə səbəb də məhz bu xəstəlik olub.

# 928 dəfə oxunub

Müəllifin son yazıları

# # #