Avstraliyanın "Polaris" metalkor qrupunun gitaraçısı Rayan Sue 26 yaşında vəfat edib.
Kulis.az xəbər verir ki, bu barədə qrup üzvləri İnstaqramda məlumat veriblər.
“Ürək ağrısı və dərin hüznlə sizə sevimli qardaşımız və qrup yoldaşımız Rayan Suein səhər saatlarında vəfat etdiyi bildiririk”, - deyə məlumatda qeyd olunub.
Gitraçının ölüm səbəbi hələ dəqiqləşdirilməyib.
Musiqiçinin ölüm xəbərindən qısa müddət əvvəl qrup ciddi şəxsi böhran səbəbindən yay Avropa turnesinin qalan bütün şoularını ləğv etmişdi.
Sue 16 yaşında "Polaris" ilə işləməyə başlayıb. Qrup 2012-ci ildə yaradılıb və "The Mortal Coil" (2017) və "The Death of Me" (2020) adlı iki studiya albomu buraxıb.
Məşhur qrupun 26 yaşlı gitaraçısı vəfat etdi
29 iyun 2023
15:16
1108 dəfə oxunub