Mehriban Zəki evə buraxılacaq

Mehriban Zəki evə buraxılacaq
31 mart 2023
# 11:50

Abşeron rayonu Saray qəsəbəsində baş vermiş yol qəzasında xəsarət alan Xalq artisti Mehriban Zəkinin səhhəti ilə bağlı son vəziyyət açıqlanıb.

Kulis.az xəbər verir ki, bu barədə APA-ya Xalq artistinin həmkarı Turan Uğur məlumat verib.

Onun sözlərinə görə, aktrisanın vəziyyəti yaxşıdır: “Səhhəti normallaşıb, ya sabah, ya da bazar günü evə buraxılması gözlənilir”.

Xatırladaq ki, 22 mart tarixində Abşeron rayonu Saray qəsəbəsində baş vermiş qəzada Əməkdar mədəniyyət işçisi Oqtay Əliyev vəfat etmiş, həyat yoldaşı Əməkdar artist Dilarə Əliyeva və Xalq artisti Mehriban Zəki müxtəlif bədən xəsarətləri alaraq, xəstəxanaya yerləşdirilmişdi.

# 1514 dəfə oxunub

Müəllifin son yazıları

# # #