Məşhur pianoçu Heydər Əliyev Mərkəzində çıxış etdi

Məşhur pianoçu Heydər Əliyev Mərkəzində  çıxış etdi
25 sentyabr 2023
# 10:18

Heydər Əliyev Mərkəzində məşhur gürcüstanlı pianoçu, UNESCO-nun sülh uğrunda artisti, Batumi Musiqi Festivalının təsisçisi Elisso Bolkvadzenin iştirakı ilə musiqi proqramı təqdim edilib.

Kulis.az xəbər verir ki, Heydər Əliyev Fondu və Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə keçirilən Üzeyir Hacıbəyli XV Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbir Ümummilli Lider Heydər Əliyevin 100 illik yubileyinə həsr olunub.

Heydər Əliyev Mərkəzindəki gecədə Azərbaycan və xarici ölkə klassiklərinin əsərləri səslənib.

Qeyd edək ki, Tbilisidə anadan olan Elisso Bolkvadze çox erkən yaşlarından fortepianoda ifa etməyə başlayıb. Orkestr ilə ilk konsertini isə 7 yaşında olarkən verib.

# 810 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #