Məşhur musiqi qrupu səhnə ilə vidalaşdı

Məşhur musiqi qrupu səhnə ilə vidalaşdı
28 oktyabr 2021
# 18:14

Əfsanəvi İsveç musiqi qrupu ABBA-nın üzvləri musiqi sənəti ilə vidalaşdıqlarını açıqlayıblar.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, son dəfə səhnədə konsert verən qrup üzvlərinin ümumi qərarını Benni Anderson açıqlayaraq deyib: “Təqaüd vaxtı çatdı, bura qədər”.

Xatırladaq ki, dörd nəfərdən ibarət ABBA qrupu 70-ci illərin ən məşhur qrupu hesab olunub, musiqi albomları milyon tirajlarla satılıb.

# 1853 dəfə oxunub

Müəllifin son yazıları

# # #