Akademik Milli Dram Teatrında “Nazirin xanımı” təqdim olunub

Akademik Milli Dram Teatrında “Nazirin xanımı” təqdim olunub
28 noyabr 2016
# 16:32

Azərbaycan Dövlət Akademik Milli Dram Teatrında serb yazıçı-dramaturqu Branislav Nuşiçin eyniadlı pyesi əsasında səhnələşdirilmiş “Nazirin xanımı” tamaşası təqdim olunub. Kulis.azın məlumatına görə tamaşanın quruluşçu rejissoru Xalq artisti Mərahim Fərzəlibəyov, quruluşçu rəssamı İlham Elxanoğlu, musiqi tərtibatçısı Kamil İsayev, işıq üzrə rəssamı Rafael Həsənov, rejissor assistentləri Əməkdar Mədəniyyət İşçisi Rəfiqə Musayeva və Vüqar Məmmədovdur.

Tamaşada rolları xalq artistləri Bəsti Cəfərova (Jivka) Hacı İsmayılov (Pera), əməkdar artistlər Şəlalə Şahvələdqızı (Dara), Aslan Şirinov (Çeda), Məsmə Aslanqızı və aktrisa Şəhla Əliqızı (Anka), aktyorlar Vüsal Mustafayev (Raşa), Ləman İmanova (Nata), əməkdar artistlər Əminə Babayeva (Sava xala), Əjdər Həmidov (Vasa dayı), İlham Hüseynov (Ninkoviç), Sabir Məmmədov (Rista), Firuz Xudaverdiyev (müəllim), aktyor Cümşüd Zeynalov (Polis) ifa edir.

Bu satirik əsəri Azərbaycanda ilk dəfə 1970-ci ildə görkəmli rejissor Tofiq Kazımov səhnələşdirib.

Qeyd edək ki, iki hissəli səhnə əsərinin premyerası 2014-cü il fevral ayının 5-də keçirilib.

# 1063 dəfə oxunub

Müəllifin son yazıları

# # #