Məşhur müğənnidə xərçəng aşkarlandı

Məşhur müğənnidə xərçəng aşkarlandı
7 yanvar 2024
# 16:00

Amerikalı müğənni Maykl Boltonun beynində şiş aşkarlanıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, bu barədə sənətçi sosial şəbəkədə məlumat verib.

Musiqiçi təcili əməliyyat olunduğunu və hazırda evində müalicə aldığını deyib:

"2023-cü ilin sonu gözlənilməz problemlərlə üzləşdim. Bayram tətilindən bir az əvvəl məlum oldu ki, beynimdə şiş var və təcili əməliyyat lazımdır. Möhtəşəm həkim heyəti sayəsində əməliyyat uğurla keçdi. Hazırda evdə, ailəmin böyük sevgisi və dəstəyi ilə sağalıram".

Sənətçi əlavə edib ki, bu səbəbdən yaxın aylardakı konsertlərini təxirə salıb.

# 627 dəfə oxunub

Müəllifin son yazıları

# # #