Ketrin Denev “Qızıl şir” mükafatına layiq görüldü 

Ketrin Denev “Qızıl şir” mükafatına layiq görüldü 
1 sentyabr 2022
# 10:40

Fransız aktrisası Ketrin Denev ötən gün 79-cu Venesiya Film Festivalında kinoya verdiyi töhfələrə görə “Qızıl şir” mükafatı ilə təltif edilib.

Kulis.az Rusiya mətbuatına isinadən xəbər veri ki, bu barədə “La Repubblica” qəzeti məlumat yayıb .

Mükafatı qəbul etmək üçün səhnəyə çıxan aktrisa "Mən danışmağı sevirəm, amma söhbət edə bilmirəm. Çox sağ olun demək istəyirəm, burada Venesiyada festivalda olmaqdan çox məmnunam. Bu il burada olmaqdan çox xoşbəxtəm və qürur duyuram. Mənim Venesiya ilə tarixim çox uzundur" sözləri ilə çıxış edib.

Tamaşaçılar 78 yaşlı aktrisanı ayaq üstə alqışlayıblar.

# 1184 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #