Məşhur modelyer vəfat edib

Tyerri Muqler, modelyer

Tyerri Muqler, modelyer

24 yanvar 2022
# 13:30

Fransız modelyer, fotoqraf və “Mugler” moda evinin yaradıcısı Tyerri Muqler 73 yaşında vəfat edib.

Kulis.az türk mediasına istinadən xəbər verir ki, bu barədə dizaynerin feysbuk səhifəsində yerləşdirilmiş məlumatda deyilir.

Parisin “Gala” jurnalının məlumatına görə, klassik və müasirliyi birləşdirməyə çalışan Tyerri Muqler 1973-cü ildə özünün ilk qadın geyim kolleksiyasını yaradıb. 1980-ci illərdə dünya şöhrəti qazanan dizayner 1992-ci ildə öz ətir brendini təsis edib. Muqler 2002-ci ildə moda evinin yaradıcı direktoru vəzifəsindən çıxsa da paltar tikməyə və şoular təşkil etməyə davam edib.

# 1226 dəfə oxunub

Müəllifin son yazıları

# # #