Məşhur model ofisdə ölü tapıldı

Məşhur model ofisdə ölü tapıldı
13 iyul 2023
# 16:53

28 yaşlı yapon model, aktrisa, teleaparıcı və müğənni Ryuçel ofisində ölü tapılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, Tokio polisinin məlumatına görə, modelin ölüm səbəbi intihar olub.

Əsl adı Ryuuji Hiqa olan sənətçi 29 sentyabr 1995-ci ildə Yaponiyanın Qinovan şəhərində anadan olub.

O, təmtəraqlı geyimləri ilə məşhurlaşıb. Müğənni 2018-ci ildə debüt albomu "Super Candy Boy" buraxıb.

2016-cı ildə həmkarı ilə evlənən Ryuçelin bir oğlu var.

# 851 dəfə oxunub

Müəllifin son yazıları

# # #