Freddi Merkurinin bu əşyası 70 min dollara satıldı

Freddi Merkurinin bu əşyası 70 min dollara  satıldı
19 sentyabr 2023
# 12:17

“Quenn” qrupunun üzvü Freddi Merkurinin qırmızı atlas kimonosu hərraca çıxarılıb.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, geyim "Sotheby's" hərrac evi tərəfindən 70 min dollara satılıb.

Merkuri yapon milli geyimini qrupun 1976-cı ildə çıxdığı tur zamanı Edinburq şəhərində çıxış edərkən geyinib.

Qeyd edək ki, bundan əvvəl Merkurinin üzərində pişiklərinin şəkilləri olan jileti hərracda 139,7 min funt-sterlinqə satılıb.

# 822 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #