Məşhur jurnalist vəfat etdi

Məşhur jurnalist vəfat etdi
7 iyun 2022
# 11:09

Şair, tərcüməçi, Bakı Dövlət Universitetinin Beynəlxalq jurnalistika kafedrasının professoru, filologiya elmləri doktoru, Azərbaycan Respublikasının Əməkdar jurnalisti Nəsir Əhmədli vəfat edib.

Bu haqda onun yaxınları Kulis.az-a məlumat verib.

Nəsir Əhmədli 1942-ci ildə Tovuz rayonunun Alakol kəndində anadan olub. 1959-cu ildə həmin kənddə orta məktəbi, 1971-ci ildə BDU-nun Jurnalistika fakültəsini bitirib. 1981-ci ildə "Sovet gerçəkliyi və xarici publisistikada onun inikası (Sovet Azərbaycanı haqqında 1966–1975-ci illərdə dərc olunmuş materiallar əsasında)" mövzusunda namizədlik dissertasiyası müdafiə edib. 2007-ci ildə "Azərbaycan Beynəlxalq Radiosunun Yaxın və Orta Şərq ölkələrinə yayımı: tarix, təcrübə, nəzəriyyə" mövzusunda doktorluq dissertasiyası müdafiə edib.

Allah rəhmət eləsin!

# 2565 dəfə oxunub

Müəllifin son yazıları

# # #