Məşhur "Hörümçək Adam" kostyumu hərraca çıxarılacaq

Məşhur "Hörümçək Adam" kostyumu hərraca çıxarılacaq
23 avqust 2025
# 13:40

Amerikalı sevilən aktyor Tobi Mequayerin "Spider-Man 2" və "Spider-Man 3" filmlərində geyindiyi ikonik kostyumu sentyabrın 4-də hərraca çıxarılacaq.

Kulis.az xəbər verir ki, hərrac saat 13:00-da başlayacaq və ilkin təklif 50,000 ABŞ dollarından başlayır.

Rəsmi veb saytın məlumatına görə, kostyumun satış qiymətinin 100,000 - 200,000 ABŞ dolları arasında olması gözlənilir.

Qeyd edək ki, kostyum Akademiya Mükafatı qazanan dizayner Ceyms Akesonun nəzarəti altında "Frontline Design" şirkəti tərəfindən hazırlanıb.

# 100 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər