Nadir Əsədli: “Son ümid”-Ən qısa hekayə

Nadir Əsədli: “Son ümid”-Ən qısa hekayə
18 dekabr 2013
# 21:00

Kulis.az Nadir Əsədlinin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Son ümid” (464 işarə) hekayəsini təqdim edir.

... Oğlu ilə avtobus dayanacağına gəldilər. Borc aldığı pulla hüquq fakültəsinə daxil olmuş böyük oğlunun təhsil haqqını ödəməyə gedəcəkdilər. Övladının uğuruna doyunca sevinə də bilməmişdi. Müharibə hər şeyi əlindən almışdı, qaçqınlıq həyatı sürməyə məhkum olmuşdu.

Əlini cibinə atdı, pul yox idi. Tələsik digər cibini də yoxladı. Yox idi. Əlləri əsdi, rəngi qaraldı. 55 yaşlı, qürurlu ata ilk dəfə oğlunun yanında özünü saxlaya bilmədi, ağladı.

Oğlu atası görməsin deyə başını aşağı saldı. Və... Pul yerdə, atasının ayağının altında idi...

# 13854 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #