Məşhur filosofun HƏMAS-la bağlı çıxışı qalmaqala səbəb oldu

Məşhur filosofun HƏMAS-la bağlı çıxışı qalmaqala səbəb oldu
19 oktyabr 2023
# 11:41

Beynəlxalq Frankfurt Kitab Sərgisinin açılışında filosof Slavoy Jijek çıxışı qalmaqala səbəb olub.

Kulis.az xəbər verir ki, filosof fələstinli yazıçı Adania Şibliyə verilməli mükafatın ləğv olunmasını skandal adlandırıb, ləğv mədəniyyətini qınayıb.

O, bunu biabırçılıq adlandırıb.

Filosof deyib ki, hazırkı stiuasiyada fələstinlilərin haqlarını müdafiə etməli, anti-semitizmlə də mübarizə aparmalıyıq.

Bir çox qonaq çıxışa etiraz edərək Jijeki sərt tənqid edib, onu HƏMAS-ın cinayətlərini əhəmiyyətsizləşdirməkdə ittiham ediblər.

Çıxışa etiraz edənlər zalı tərk ediblər.

# 844 dəfə oxunub

Müəllifin son yazıları

# # #