Məşhur aktyorun yeni layihələri bəlli oldu

Məşhur aktyorun yeni layihələri bəlli oldu
8 avqust 2025
# 14:25

Həm kino karyerası, həm də rinq keçmişi ilə tanınan Deyv Bautistanın hansı layihələrdə rol alacağı bəlli olub.

Kulis.az xəbər verir ki, son olaraq “Naked Gun” filmində rol alan, amerikan güləş federasiyasının "WWE" yarışmasının ulduz idmançısı "Amazon MGM Studios" ilə əldə etdiyi razılaşma çərçivəsində iki mühüm layihədə rol almağa hazırlaşır.

Məşhur aktyor “Highlander” filminin yenidən çəkiləcək versiyasında və Ceyk Qaylenhalın baş rolda yer alacağı “Road House 2” filmində rol alacaq.

Qeyd edək ki, Rejissoru Çad Stahelski olan və baş rolunu Henri Kevilin canlandırdığı “Highlander” filmində Bautista seriyanın mənfi şöhrətli obrazı Kurqan rolunu ifa edəcək.

Hələ nümayiş tarixi açıqlanmayan ekran əsərinin çəkilişlərinə gələn ay başlanacağı ehtimal edilir.


# 215 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər