Məşhur aktyorun ölümündəki günahını etiraf etdi

Məşhur aktyorun ölümündəki günahını etiraf etdi
6 sentyabr 2025
# 13:00

ABŞ və Böyük Britaniya vətəndaşı, “Ketamin kraliçası” kimi tanınan 42 yaşlı Casvin Sanqa "Dostlar" serialının ulduzu Metyu Perrinin ölümü ilə nəticələnən narkotik satışında təqsirini etiraf edib.

Kulis.az xəbər verir ki, bu barədə BBC məlumat yayıb. Sanqa beş bənd üzrə, o cümlədən ölümə səbəb olan ketaminin satışında günahını boynuna alıb.

O, əvvəlcə ittihamları rədd etsə də, məhkəmədən bir neçə həftə əvvəl ifadəsini dəyişib.

Qeyd edək ki, uzun illər alkoqol və narkotik asılılığı ilə mübarizə aparan “Friends”in ulduzu Metyu Perri 28 oktyabr 2023-cü ildə Los-Ancelesdəki evində, cakuzi içində ölü tapılıb.

# 107 dəfə oxunub

Müəllifin son yazıları

Ana səhifə Yazarlar Bütün xəbərlər