Məşhur aktyor vəfat etdi

Məşhur aktyor vəfat etdi
7 fevral 2023
# 15:30

"Merfi Braun" komediya serialında teleaparıcı Cim Dial rolu ilə tanınan amerikalı aktyor Çarlz Kimbro 86 yaşında vəfat edib.

Kulis.az xəbər verir ki, bu barədə "Deadline" portalı məlumat yayıb. Sənətçinin ölüm səbəbi dəqiqləşdirilməyib.

Aktyor 1971-ci ildə Stiven Sondhaymın "Şirkət" filmində Ən Yaxşı Aktyor nominasiyasında Toni Mükafatına namizəd olub. Daha sonra o, Sondheim'in "Bazar günü Parkda" musiqili filmində görünüb.1990-cı ildə "Merfi Braun"dakı roluna görə köməkçi komediyaçı kimi "Primetime Emmy" nominasiyasını alıb.

O, həmçinin bir çox məşhur cizgi filmlərinin "Pinki və beyin", "Gələcəyin Betmeni", "Sərin qunduzlar", "Herkules" və s. səsləndirilməsində iştirak edib.

# 1123 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #