Məşhur aktyor insanlara hücum etdi

Məşhur aktyor insanlara hücum etdi
5 iyul 2024
# 17:30

Los-Ancelesdə ABŞ-nin Müstəqillik Günü münasibətilə keçirilən paradda Hollivud ulduzu Denni Trexo maşından tullanıb insanlara hücum edib.

Kulis.az xarici mediaya istinadən xəbər verir ki, 80 yaşlı ulduz aktyor köhnə avtomobilinə atılan şişmə su şarına görə qəzəblənib. Trexo maşından tullanıb və insanlara hücum edib.

Aktyorun hücumunun qarşısı bir neçə nəfər tərəfindən alınıb.

Polis gələnə qədər qalmaqal səngiyib. Trexo insanların hərəkətlərini başa düşmədiyini, hadisədən sonra özünü normal hiss etdiyini bildirib.

# 344 dəfə oxunub

Müəllifin son yazıları

# # #