Bodrumda Şeron Stouna "Beynəlxalq İkona" mükafatı

Bodrumda Şeron Stouna "Beynəlxalq İkona" mükafatı
5 avqust 2024
# 15:34

Dünya şöhrətli aktrisa Şeron Stoun ABŞ xaricində ilk dəfə Qızıl Qlobus tərəfindən verilən "Beynəlxalq İkona Mükafatı"nı almaq üçün Bodrumda olub.

Kulis.az xəbər verir ki, bir oteldə təşkil edilən mükafatlandırma mərasiminə Türkiyənin iş, sənət və idman dünyasının əhəmiyyətli adları qatılıb.

Mərasim öncəsi mətbuatın suallarını cavablandıran və geyindiyi dəbli geyimi ilə diqqət çəkən Stoun, “Daha əvvəl Bodrumda olmuşam. Bu səfərdə ikiqat xoşbəxtlik yaşadım. Çox qürur duyduğum bir mükafat aldım və eyni zamanda Türkiyənin iki çox əhəmiyyətli şəhəri İstanbul və Bodrumla daha yaxından tanış olmaq imkanım oldu. Gözəl atmosferdə, bayram mühitində mükafat aldığım üçün həm istirahət etdim, həm də özümü xoşbəxt hiss etdim" - deyə fikirlərini bölüşüb.

# 320 dəfə oxunub

Müəllifin son yazıları

# # #