Məşhur aktrisadan təzminat tələb edildi

Məşhur aktrisadan təzminat tələb edildi
24 may 2022
# 18:00

Türkiyəli məşhur aktrisa Farah Zeynep Abdullahdan təzminat tələb edildi.

Kulis.az “Duvar”a istinadla xəbər verir ki, aktrisanın “Bergen” filminin Kozanda yayımına qadağa qoyan bələdiyyə sədrinə verdiyi cavaba görə ondan 100 min türk lirəsi dəyərində təzminat tələb olunur.

Aktrisa müsahibələrindən birində bələdiyyə sədri Kazım Özqana “IQ testi etdirməlidir!” cavabını verdiyi üçün “Şəxsiyyəti alçaltma” iddiası ilə məhkəməyə verildi.

Qeyd edək ki, Kozan məşhur müğənni Bergeni qətlə yetirən Halis Serbestin yaşadığı rayondur.

# 1618 dəfə oxunub

Müəllifin son yazıları

# # #