Yaşar Kamaldan film çəkilib

Yaşar Kamaldan film çəkilib
26 iyul 2018
# 15:00

Məşhur türk yazıçısı Yaşar Kamal haqqında çəkilmiş sənədli film ekranlara çıxıb.

Kulis.az-ın türk mətbuatına istinadən verdiyi xəbərə görə, “Yaşar Kamal əfsanəsi” adlanan film yazıçının həyatından bəhs edir. Filmdə yazıçının doğulandan ölümünə qədərki yaşadıqları gah özünün, gah da dostlarının dilindən danışılır.

Filmin ilk nümayişi Altın Koza film festivalında keçirilib.

Xatırladaq ki,Yaşar Kamal 2015-ci ilin 28 fevralında ürək tutması və nəfəs çatışmazlığından vəfat etmişdi.

# 1014 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #