Vurğun Maşiyev: “Yuxu” -Ən qısa hekayə

Vurğun Maşiyev: “Yuxu” -Ən qısa hekayə
18 dekabr 2013
# 19:00

Kulis.Az Vurğun Maşiyevin “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Yuxu” (273 işarə) hekayəsini təqdim edir.

İlk dəfəydi ağır yükün altına girmişdi: Daşıdığı 200 ədəd mişar daşının müqabilində cəmi 10 manat. günorta saat 12-də evə gəlib yatdı. Töyşüyə-töyşüyə oyandı. Yuxu rejimini pozmamağı qərara aldı. Ölmüş atasını görmüşdü yuxuda. "Axır vaxtlar gec-gec görürəm səni. Niyə gec yatırsan?" sözləri qulağında cingildəyirdi.

# 2111 dəfə oxunub

Müəllifin son yazıları

# # #