Amerikalı aktrisa Sara Leyn 74 yaşında vəfat edib.
Kulis.az xarici mediaya istinadən xəbər verir ki, aktrisa döş xərcəngi ilə 6 il mübarizə apardıqdan sonra dünyasını dəyişib.
S.Leyn daha çox 1960-cı illərdə "Virciniyalı" serialının dördüncü mövsümündə canlandırdığı Elizabeth Granger obrazı ilə məşurlaşıb.
Sənətçi eyni zamanda "Zəncirvari məktəbli qızlar" "Mən Sənin Nə Etdiyini Gördüm", "Billi Cekin məhkəməsi" və "Billi Cek Vaşinqtona gedir"kimi layihələrdə də yer alıb.
- "Bozqurd" işarəsi necə yaranıb? - Araşdırma
- Azərbaycanın Əməkdar artisti vəfat edib
- Kann Film Festivalının münsiflər heyətinin rəhbəri bəlli oldu
Üç nəfərlik ailənin ən böyük uşağı olan Sara Leyn 1949-cu ildə Nyu-Yorkda anadan olub, atası və anası aktyor olub. O, karyerasına reklam sahəsində başlayıb.
Ekranlardan ayrıldıqdan sonra Sara ərinə şərabçılıqla məşğul olmağa kömək edib.