Sabahdan internet məhdudiyyəti aradan qaldırılacaq

Sabahdan internet məhdudiyyəti aradan qaldırılacaq
11 noyabr 2020
# 21:34

“Ermənistan Respublikası tərəfindən törədilən genişmiqyaslı təxribatların, kiberinsidentlərin qarşısının alınması məqsədilə ölkəmizdə internetin verilişinə tətbiq edilmiş müvəqqəti məhdudiyyət, işğaldan azad olunmuş və keçmiş cəbhəyanı ərazilər istisna olmaqla 12 noyabr 2020-ci il tarixində aradan götürüləcəkdir”.

Bu barədə APA-ya Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyindən bildirilib.

"Ötən müddət ərzində internetin verilişinin məhdudlaşdırılması ilə əlaqədar göstərdikləri anlayışa görə Azərbaycanın çoxmilyonluq internet istifadəçilərinə təşəkkür edirik", - nazirlikdən bildirilib.

Qeyd edək ki, Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalar Nazirliyi 27 sentyabr 2020-ci il tarixindən ölkə üzrə internetin verilməsində məhdudiyyətlər tətbiq etmişdi.

# 1938 dəfə oxunub

Müəllifin son yazıları

# # #