Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq

Taylor Sviftin geyimləri və şəxsi əşyaları nümayiş olunacaq
20 noyabr 2026
# 18:57

Dünyaca məşhur müğənni Teylor Sviftin yaradıcılığına həsr olunmuş böyük sərgi ABŞ-ın Boston şəhərindəki İncəsənət Muzeyində təşkil ediləcək.

Kulis.az xəbər verir ki, “Teylor Svift: Eralar kolleksiyası” adlanan sərgi 2027-ci il aprelin 10-dan avqustun 15-dək ziyarətçilərin üzünə açıq olacaq.

Muzeyin məlumatına görə, ekspozisiyada müğənninin şəxsi arxivindən seçilmiş 50-dən çox geyim, musiqi aləti və müxtəlif əşyalar nümayiş etdiriləcək. Sərgi Sviftin iyirmi illik yaradıcılıq yolunu əhatə edir və onun musiqi həyatının ayrı-ayrı mərhələlərinə həsr olunmuş 12 xüsusi bölmədən ibarət olacaq.

Ekspozisiya müğənninin musiqi tarixçəsini yalnız albomlar və hit mahnılar vasitəsilə deyil, geyim, səhnə obrazı, vizual estetika və konsert mədəniyyəti üzərindən də izləməyə imkan verəcək. Sərgidə karyerasının müxtəlif dövrlərində istifadə etdiyi səhnə kostyumları və musiqi alətləri ilə yanaşı, sənətçi arxivinə aid başqa əşyalar da yer alacaq.

Bu layihənin maraqlı tərəfi ondan ibarətdir ki, ənənəvi təsviri incəsənət muzeylərindən biri müasir pop musiqi ulduzunun yaradıcılığına belə geniş yer ayırır. Bu, pop musiqinin artıq yalnız əyləncə sənayesi hadisəsi deyil, həm də müasir mədəniyyətin və vizual incəsənətin araşdırıla bilən hissəsinə çevrildiyini göstərir.

Sərgi yalnız Boston muzeyində nümayiş olunacaq. Biletlərin geniş satışına dekabrın 13-də – Teylor Sviftin doğum günündə başlanması nəzərdə tutulur.

# 138 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Reels Yazarlar Xəbərlər