Azərbaycanlı aktyor hind filminə çəkilir

Azərbaycanlı aktyor hind filminə çəkilir
21 avqust 2019
# 11:00

Azərbaycanlı aktyor Cavanşir Hadıyev Bollivud filmində baş rolda oynayacaq.

Bu barədə kulis.az-a aktyor özü məlumat verib. Cavanşir Hadıyev açıqlamasında Bollivud kinematoqrafçıları ilə müqavilə imzaladığını, filmin müştərək olmadığını, sırf Bollivud istehsalı olan 2 seriyalı kriminal-dram-döyüş janrında olacağını söyləyib:

“Hələlik filmin işçi adı yoxdur. Mən bu filmdə kəşmirlilərin qəhrəmanı Abu-Həmzəni canlandıracağam. Abu Həmzə Hindistan hökümətilə mübarizə aparır və filmdə o müsbət obraz kimi təqdim olunur. Film hind dilində olsa da mənim qəhrəmanım urdu dilində danışır. Çəkilişlər Azərbaycanda, Qazaxıstanda, Hindistanda və Dağıstanda aparılacaq. Həmçinin filmdə Bollivud ulduzlarından biri də iştirak edəcək. Filmin rejissoru isə heyətdə yeganə müsəlman Əhməd İbrahimdir.”

# 3349 dəfə oxunub

Müəllifin son yazıları

# # #