“Mənəm, Ağalaram, şeir deyirəm” adlı kitab işıq üzü gördü

“Mənəm, Ağalaram, şeir deyirəm”  adlı kitab işıq üzü gördü
10 oktyabr 2024
# 16:00

Bu günlərdə azərbaycanlı aktyor, Respublikanın Əməkdar artisti, “Qızıl qılınc” mükafatı laureatı Ağalar Bayramova həsr edilmiş “Mənəm, Ağalaram, şeir deyirəm” adlı kitab işıq üzü görüb.

Kulis.az xəbər verir ki, kitabda Respublikanın görkəmli söz, sənət adamlarının, tanınmış ziyalıların, yazarların Ağalar Bayramova həsr etdikləri publisistik məqalələr, şeirlər və xatirələr yer alıb.

“Elm və təhsil” nəşriyyatında çap olunan kitab “Tovuz Xeyriyyə Cəmiyyəti”nin sədr müavini Çingiz Abbasovun maddi dəstəyi, Ramiz Qusarçaylının redaktorluğu və İradə Aytelin tərtibatı ilə işıq üzü görüb.

# 196 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #