Türkiyəli aparıcı barəsində həbs qərarı

Türkiyəli aparıcı barəsində həbs qərarı
19 yanvar 2026
# 15:04

Türkiyəli aparıcı, yazar və psixoloq Esra Ezmeci ilə bağlı məhkəmə qərarı çıxarılıb.

Kulis.az xəbər verir ki, İstanbul Beşiktaşdakı ofisində yerləşdirilən lövhədə “kliniki psixoloq” titulundan istifadə etməsi ona qarşı hüquqi prosesin başlanmasına səbəb olub.

İstanbul Vilayət Sağlamlıq İdarəsinin apardığı yoxlama zamanı Ezmecinin bu titulu təsdiqləyən müvafiq təhsil və diplomunun olmadığı müəyyən edilib. Fakt əsasında materiallar İstanbul Cumhuriyyət Baş Prokurorluğuna təqdim olunub.

İddianaməyə baxan məhkəmə Esra Ezmecini “icazəsi olmayan peşə titulundan istifadə etmə” maddəsi üzrə təqsirli hesab edib və 10 ay həbs cəzası verib. Lakin cəzanın icrası müəyyən şərtlərlə təxirə salınıb.

Ezmeci özü bu titulu işlətmədiyini desə də, məhkəmə ofisdəki lövhəni əsas dəlil kimi qiymətləndirib. Aparıcı qərardan narazı qalaraq yuxarı instansiyaya müraciət edib.

# 89 dəfə oxunub

Müəllifin son yazıları

#
#
Ana səhifə Yazarlar Bütün xəbərlər