Məmməd İsmayıl əməliyyat olundu

Məmməd İsmayıl əməliyyat olundu
3 aprel 2024
# 15:52

Bir müddət əvvəl onurğamdan əməliyyat olundum. Ağrılarım xeyli azalıb, özümü yaxşı hiss edirəm.

Kulis.az xəbər verir ki, bu sözləri Bakupost.az-a açıqlamasında tanınmış şair Məmməd İsmayıl deyib.

O qeyd edib ki, hazırda Heydər Əliyev Fondunun dəstəyi ilə "Bona Dea" Beynəlxalq Hospitalında müalicəsi davam edir:

"Hələlik buradayam. Həkimlərin dediyinə görə, Ramazan bayramında evə buraxacaqlar".

M.İsmayıl müalicə prosesindən çox razı qaldığını dilə gətirib:

"Mən dünyanın yarsını gəzmişəm, bir neçə ölkədə də müalicə alımışam. Amma heç yerdə bu cür yüksək keyfiyyətli tibbi xidmət görməmişəm. Azərbaycanda belə bir müəlicə müəssisəsinin olduğunu xəyalıma belə gətirməzdim. Mənə ali səviyyədə xidmət göstərilir. Allah hamıdan razı olsun. Mənə belə bir şəraitdə ximətin göstərilməsinə şərait yaradan Heydər Əliyev Fonduna təşəkkürümü bildirəm. Açığı, bu cür diqqəti gözləmirdim. Xalqım da sağ olsun, mənim xəstəliyimə biganə qalmadı. Bu cür həssas münasibət məni mütəəssir etdi".

Qeyd edək ki, Məmməd İsmayılın səhhəti ağırlaşandan sonra Heydər Əliyev Fondu onun müalicəsini öz üzərinə götürüb.

# 714 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #