“Xanım taksi” təqdim olunacaq

“Xanım taksi” təqdim olunacaq
18 dekabr 2019
# 11:01

29 dekabr, saat 15-də, Kitabevim.az mağazasında yazıçı Azər Qismətin “Xanım taksi” adlı kitabının təqdimatı keçiriləcək.

Kulis.az-ın verdiyi xəbərə görə, kitabda müəllifin son illərdə qələmə aldığı hekayə və novellaları toplanıb. “Xanım taksi” kitabındakı novellalarda insanların üzləşdiyi situasiyalar, həmin vəziyyətlərdən çıxmaq manevrləri incə yumorla təsvir edilib.

Xatırladaq ki, müəllifin oxucularla üçüncü görüşüdür. Bundan əvvəl “Duman”, “Çuğullar” romanı işıq üzü görüb. Qeyd edək ki, “Xanım Taksi” Biz Klub layihəsinin sayca 4-cü kitabıdır.

# 2153 dəfə oxunub

Müəllifin son yazıları

#
#
# # #