Məmməd İsmayıl: "Anarın rəhbərlik etdiyi qurumdan xəbəri yoxdur" - Açıqlama

Məmməd İsmayıl:  "Anarın rəhbərlik etdiyi qurumdan xəbəri yoxdur" - Açıqlama
22 avqust 2023
# 10:48

"Belə çıxır ki, Anarın rəhbərlik etdiyi qurumun işindən xəbəri yoxdur. Xəbəri olsaydı, belə yalan, uydurma cavab verilməzdi".

Kulis.az xəbər verir ki, bu sözləri tanınmış şair Məmməd İsmayıl AYB-nin açıqlamasına münasibət bildirərkən deyib.

"Belə çıxır ki, Anarın rəhbərlik etdiyi qurumun işindən xəbəri yoxdur. Xəbəri olsaydı, belə yalan, uydurma cavab verilməzdi. Əgər dedikləri doğrudursa, qoy sənədlərlə sübut etsinlər. Etməsələr, mən dediklərimi sənədlərlə sübut edəcəm, onda baxarıq kim doğru deyir, kim yalan. Sadəcə mən Türkiyədə xəstəxanada yatıram, o evin sənədləri isə Bakıdadır, oxucularım səbirli olsun, Allah qoysa, çox keçməz bomboz həqiqəti ortaya çıxararam".

# 1531 dəfə oxunub

Müəllifin son yazıları

# # #