Azərbaycanın Əməkdar incəsənət xadimi, aktrisa-rejissor Məlahət Abbasova Türkiyədə yeni bədii filmdə çəkilir.
Kulis.az xəbər verir ki, bu barədə Məlahət Abbasova məlumat yayıb.
Günsu Teker və Fikret Beklerin ssenarisi əsasında çəkilən “Eşq şirin bir yalandır” filminin rejissoru Osman Taşçıdır.
Qeyd edək ki, Məlahət Abbasova bundan əvvəl Türkiyənin Mədəniyyət və Turizm Nazirliyinin dəstəyi ilə çəkilən “Altın buzağı” filmində baş rol ifaçısı olaraq Ədalət Dəmir obrazını canlandırıb.