Məhkəmə Flora Kərimovanın Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verdi

Məhkəmə Flora Kərimovanın Afət Fərmanqızı barəsində şikayəti ilə bağlı qərar verdi
14 avqust 2024
# 17:49

Xalq artisti Flora Kərimovanın müğənni Afət Fərmanqızı barəsində xüsusi ittiham qaydasında verdiyi şikayətlə bağlı məhkəmə iclası keçirilib.

Kulis.az xəbər verir ki, bu gün Binəqədi Rayon Məhkəməsində hakim Abbas Rzayevin sədrliyi ilə keçirilən prosesdə qərar elan olunub.

Məhkəmə şikayət üzrə prosessual müddətin ötdüyünü nəzərə alaraq, işə xitam verib.

Eyni zamanda tərəflər arasında barışıq əldə olunub.

Qeyd edək ki, Xalq artisti Flora Kərimova müğənni Afət Fərmanqızını onu təhqir etdiyi üçün Cinayət Məcəlləsinin 147-ci (böhtan) və 148-ci (təhqir) maddələri ilə ittiham olunmasını tələb edib. Xüsusi ittiham qaydasında Binəqədi Rayon Məhkəməsinə müraciət edib. APA

# 856 dəfə oxunub

Müəllifin son yazıları

# # #