Məhkəmə Flora Kərimova barəsində qərar verdi

Flora Kərimova, Xalq artisti

Flora Kərimova, Xalq artisti

8 avqust 2022
# 18:05

Nəsimi Rayon Məhkəməsində Xalq artisti Flora Kərimova barəsində xüsusi ittiham qaydasında verilmiş şikayətlər üzrə məhkəmə prosesi keçirilib.

APA xəbər verir ki, hakim Solmaz Mustafayevanın sədrliyi ilə keçirilən iclasda qərar elan olunub.

Məhkəmə müğənni Afət Fərmanqızı və jurnalist Ülviyyə Alovlu tərəfindən verilmiş şikayətləri əsassız hesab edərək icraata qəbul etməyib.

Xatırladaq ki, hər iki şikayət ərizəsində Flora Kərimovanın Cinayət Məcəlləsinin 147.2-ci (Ağır və ya xüsusilə ağır cinayətdə ittiham etməklə böhtan atma) maddəsi ilə mühakimə olunması istənilmişdi.

# 2642 dəfə oxunub

Müəllifin son yazıları

# # #