Günel Şamilqızı: “Pis adam” -Ən qısa hekayə

Günel Şamilqızı: “Pis adam” -Ən qısa hekayə
18 dekabr 2013
# 00:00

Kulis.Az Günel Şamilqızının “Ən qısa hekayə” müsabiqəsinə göndərdiyi “Pis adam” (489 işarə) hekayəsini təqdim edir.

Tanıdığı pis adamları öldürməkdən özünü güclə saxlayırdı. Qərara aldı onların görüntüsünü öldürsün. Hər gün birinin şəklini cırdı. Günlər keçdi. Bu üsul yaramadı: hər parçadan göz, saç, dırnaq hissələri diri-diri boylanırdı.

İndən belə görüntülərini yox, adlarını öldürəcəkdi. Siyahı tutdu. Vərəqlərə hər gün bir ad yazıb doğrayırdı. Amma necə xırda doğrasa da, hansısa hərfin ya quyruğu, ya başı, sırtıb sahibinin diri olduğunu xatırladırdı. Hər şeyə tüpürüb onları həqiqətən öldürməyə başladı.

Və günlərin bir günü növbəti adamçün siyahıya baxanda öz adını gördü...

# 3876 dəfə oxunub

Müəllifin son yazıları

# # #